| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
|---|---|---|---|---|---|---|
| « Окт | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
Tarixdə ən əfsanəvi ətirlər
Dünyada xanımlar tərəfindən bəyənmiş və illərcə yaşamış cəmi bir neçə parfüm əsərləri var.
Jicky (Guerlain)
Bu günlərdə istehsal edilən ən köhnə ətirlərdən biridir. Emme Qerlon tərəfindən 1860-cı ildə yaradılmışdır.
Cavan fransızı valideynlər İngiltərəyə oxumağa göndərmişdilər, amma atsının vəfatından sonra o məcbur olub qayıdır vətəninə. Albionada onun Jiki adlı sevgilisi qaldı və məhz bu xanımın şərəfinə o bu əfsanəvi ətri yaratdı.
“Jiki” parfümeriyada revolyusiya etdi, çünki güllərdən üstün olan iylər qarışığı və flakonun düzbucaq forması məhz “kişi” ətrini xatırladırdı. Sonradan xanımlar arasında bu ətir populyarlaşdı və onlara uyğun olaraq flakonun dizaynı dəyişdi.

Joy (Jean Patou)
Fransız kuteryenin ətri 1929-cu ildə peydə olundu.
Keçmiş əsrin ekonomik krizis vaxtında o eksklüziv və təmizlənmiş substarlardan tarixdə ən bahalı ətri düzəltmişdi. Ətir bolqar və may qızılgüllərindən, həmçinin Qrassa düzənliyindən olan jasmin çiçəyindən istifadə edilmişdir. əla növ, misilsiz keyfiyyət və ən bahalı güllər idi. Bir unsiyanı (köhnə aptek ölçüsü = 29.86 qram) hazırlamaq üçün 10600 jasmin və 300-dən çox qızılgül tələb olunmuşdur.
ətrin flakonu bütöv büllurdan hazırlanmışdır – sanki qiymətli daş. Yüksək qiymətə baxmayaraq bu ətir bütün krizis vaxtlarına davam gətirdi.

Shalimar (Guerlain)
XX əsrin əvvəllərində “Şərq” ətri Qerlen sülaləsinin yeni açılışı oldu.
“Şalimar” – Hind şahın məhəbbəti haqda əfsanədir. Şərq üslubunda olan ətirlərdən birincisi olub. Onun içində sitrus, şirin güllər, bihuş edən ladan və vanilin şərq ətirləri (Qrassdan jasmin, qızılgül, limon, berqamot, vanil, iris). İncə büllurdan olan flakon düz 76 il dəyişilməmişdi. Yalnız 2001-ci ildə dizaynerlər onu yenilədilər.

Anais Anais (Cacharel)
Cacharel moda evinin demək olar ki, yeganə nailiyyəti olan bu ətir 1978-ci ildə yaranıb.
Avropada ən çox satılan ətirlərin top 5-dir. Ətrin adı amerikalı yazıçısı Anais Nin şərəfinə qoyulub. Onunla Henri Miller, Qor Vidal, Antonet Arto, Salvador Dali, Pablo Neruda dostluq edib. ətir mələk nəfəsi kimi incə, ağ güllərdən, ağac və jasmin notlardan ibarətdir.
Klaudiya Şiffer və Vanessa Meyin sevdiyi ətridir.

Chanel N5 (Chanel)
Bu ətir 1921-ci ildə təqdim olunub.
Ətrin yaradılması bir əfsanəyə çevrilib. Deyilənlərə görə madmazel məşhur parfümer, Rusiya emiqrantı olan Ernest Bo-da öz şirkəti üçün ətir sifariş verdi və o bir neçə kompozisiyanı nömrələnmiş flakonlarda təqdim etdi. Koko Şanel N5 flakonunu seçdi, ora inciçiçəyi ətrini əlavə etdi və ətrin adını “Chanel N5” qoydu (O ömür boyu 5 rəqəmini ona düşərli və uğur gətirən rəqəm hesab edib. Məhz buna görə öz yeni kolleksiyalarını yalnız ayın 5 nümayiş etdirirdi). Belə ətir-əfsanə meydana çıxdı. Bu günə kimi bu ətri nüfuz əlaməti daşıyır və flakonun forması demək olar ki dəyişilməyib.

Miss Dior (Dior)
1947-ci ilin fevral ayında Kristian Dior öz birinci moda kolleksiyasını nümayiş etdirdi. Kolleksiya ilə birlikdə o öz yeni ətrini də təqdim etdi (Pol Vaşer tərəfindən düzəldilib). Bu yeni ətir gənc “Miss” Dior-lar üçün təyin olunmuşdur.





P.S. Müdiriyyət tərəfindən Sizin işə geydiyiniz geyimlərə məhdudiyyət var? Sərbəst geyinirsiz, ya unifromanız var? Bəzi iş yerlərində cins, mayka, hətta şalvar geyinməyə olmaz. Mənim iş yerimdə sərbəst seçimdi, amma evvəlcədən aldığımız informasiyaya görə xaricdən qonağlarımız olarsa hamımız klassik ofis stilində geyinirik ![]()
Эксклюзивные кожаные туфли расписаны вручную французским художником Мэтью Миссеном (NDEUR). Туфли расписаны масляными красками и покрыты лаком для сохранности.
1.
Eksklüziv ayaqqabı yaradanların arasında lider hesablanan dizayner Stuart Veycmandır. 40-cı illərin aktrisası Rita Xeyvortun sırğaları dünyanın ən bahalı ayaqqabısının yaradılmasına səbəb olub. Yaqut, brilyant və sapfir ilə bəzədilmiş bu sırğanı dizayner aktrisanın qızından götürüb və qəhvəyi rəngdə, satin parçadan olan ayaqqabını bəzədi. 2006-cı ildə “Oscar” mükafatının verilməsinə 3 milyon ABŞ $ qiyməti olan ayaqqabını Ketlin York geyinib.
2.
Sonrakı əsər – “Zoluşkanın tuflisi” büllurdan olmasa da, 595 karatlıq brilyantdandır. 11 sm dabanda dayanmaq çox narahatdır. Məhz buna görə də 2004-cü ildə “Oscar” mükafatın verilməsində müğənni Elison Krans yıxılmaqdan qorxurdu. Qiyməti 2 milyon dollardır.
3.
Üçüncü yeri tutan ayaqqabı brilyantlarla bəzədilməyib, amma qiymətcə yuxarıdakılarla eynidir. Qiymətli daş-qaşlardan cəmi 28 karat istifadə olunub, qalan 185 karatlıq yarıqiymətli qaşlardan bəzədilib. Bu dəfə Stuart Veycman zərgər Le Vianla birlikdə işləyib. əsər 2008-ci ildə yaradılıb və hələdə öz alıcısını gözləyir.
4.
Oz şəhərindən olan bosonojka 4-cü yerdədir. Elle adında qızcığazın haqqında filmdən. Daban həmişəki kimi 11 sm. Üstü platindən olan bosonojkalar, qırmızı rəngli, ayrı-ayrı formada və çəkisi 120 karat olan, 642 yaqutdan bəzədilib. Tünd qırmızı bosonojkanın qiyməti 1.6 milyon ABŞ $.
5.
“Platindən Qildə”. Platin sapların üstü cürbəcür 464 qiymətli daş-qaşdan bəzədilib. 2002-ci ildə “Oscar” mükafatının verilməsinə Laura Xarrinq geyinib.
6.
Vaycmanın kolleksiyasında tək bosonojkalar yox, həmdə dikdaban ayaqqabılar (tuflilər) də var. Ən bahalısı “Retronun qızılgülü”dür. “Retro” çünki bu tuflinin fasonu 40-cı illərdən götürülüb. Hər cütünü 100 karat çəkisi 1800 brilyantdan ibarət ola gül bəzəyir.
7.
Bu yerdə olan ayaqqabı daş-qaşlardan olmasa da, çox köhnədir. Bu ayaqqabılar 1939-cu ildə “Oz şəhərinin sehrbazı” adlı filmin çəkilişi üçün hazırlanmışdır. Ayaqqabının əsası Shoes CO ipək tuflisi idi, sonradan dizaynerlər onu qırmızı şüşə muncuqlardan əl ilə bəzəmişdilər. Parıltı üçün dağ bülluru və gümüş ilə bəzədilər və toqqaya 3 şüşəli bəzək vurdular. Dünyada bu ayaqqabının cəmi 7 cütü var. Onlardan 4-ün taleyi bilinmir, 5-ni 2005-ci ildə muzeydən oğurlamışdılar və bu günə qalan 2 cütün qiyməti isə lap bahalaşıb.
8.
2007-ci ildə “Oscar” mükafatının verilməsi zamanı görünən “Brilyant arzu” bosonojkası. Burada Veycman zərgər Kviatla birlikdə işləyib. 11 sm daban 30 karatlıq çəkisi olan 1420 ədəd balaca brilyantlarla bəzədilib. Bu ayaqqabını geyinməyə aktrisa Anik Noni Rouz layiq oldu. Qiyməti 500 min $.
9.
Nizam Sikandar Jaxu – XIX əsrin Hind şahına məxsus qədim şərq ayaqqabısı 9 yerdədir. Qədim şərq ayaqqabı brilyantlarla və büllurla bəzədilib. Amma deyəsən şah onları çoxda sevməyib və cəmi 1 dəfə geyinib. Qədim ayaqqabı Torontoda ayaqqabı muzeyinin mülkiyyətindədir və satılmasa da qiyməti 160 min $.
10.
Onluğu idman üslubuna aid olan Nike firmasının brilyant krosovkaları bağlayır. LACED UP şirkətin xüsusi sifarişi ilə hazırlanmışdır. Air Force 1 modelini brilyantlar bəzəyir. Qiyməti 50 min $. Bu krosovkaların sahibi reper Antwark “Big Boi” Paton oldu.